İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə saat 18:42-də (Bakı vaxtı ilə saat 22:42) qeydə alınıb. Zəlzələnin episentri Maluku əyalətinin inzibati mərkəzi olan Ambon şəhərindən 158 kilometr məsafədə, ocağı isə 328 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra tələfat və dağıntılar barədə məlumat verilməyib.