Gürcüstanın paytaxtı Tbilisidə çoxmərtəbəli yaşayış binasında partlayış olub. Hadisə nəticəsində bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə yerinə təcili tibbi yardım xidməti, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Binada yaşayan sakinlər təxliyyə edilib.