Əfqanıstanın paytaxtı Kabildə bombalı hücum olub. 

Unikal.org xəbər verir ki, hadisə nəticəsində  3 nəfər ölüb, 12 nəfər ağır yaralanıb. Kabul Polis İdarəsinin sözçüsü Ferdevs Faramarzın ilkin açıqlamasına görə,  Pagman bölgəsində  avtomobilə bomba yerləşdirilib. 

Hadisəni törədənlər hələ ki, məlum deyil.