Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib.
Unikal.org xəbər verir ki, nümayişçilər 25 əyalətdə təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.
1500-dən çox şəxsin iştirak etdiyi aksiyada “Qanunu öldür” şüarı səsləndirilib. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma olub. 7 nəfərin həbs edildiyi bildirilir.
Bundan əlavə, London, Birminqem, Liverpul, Nyukasl, Veymut və Bornmut şəhərlərində də “Qanunu öldür” etirazlarına yüzlərlə insan qoşulub.