Nikol Paşinyanın əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sabaha təyin olunan aksiya “Vətənin xilası hərəkatı” tərəfindən təşkil olunacaq.

Hərəkatın koordinatoru İşxan Saqatelyan vətəndaşları aksiyalara qoşulmağa çağırıb. Müxalifət fəalı xalqı “pisliyin hakimiyyətdən uzaqlaşdırılması”, “milli və güclü dövlət” üçün mübarizəyə səsləyib.