Türkiyənin İzmir vilayətində qanunsuz yollarla Avropa ölkələrinə getmək istəyən 109 miqrant saxlanılıb.

Unikal.org  xəbər verir ki, saxlanılan şəxslər Əfqanıstan və İran vətəndaşlarıdır. Onlar dəniz yolu ilə Avropa ölkələrinə getməyi planlaşdırıblar. Əməliyyat zamanı miqrantlara köməklik göstərən şəxslər də müəyyən edilərək saxlanılıb.

Aralarında hamilə qadınlar və uşaqların da olduğu miqrantlar aidiyyatı qurumlara təhvil verilib. Onlar ölkələrinə geri qaytarılacaqlar.