"iPad" planşeti evdə yanğına səbəb olub. 

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Pensilvaniya ştatının Milford şəhər sakini Maykl Makaluzonun evində olub. Hadisə 2020-ci ildə baş versə də, zərərçəkmiş tərəf "Apple" şirkətini indi məhkəməyə vermək qərarına gəlib. "de Luca Levine" hüquq şirkəti ABŞ şirkətindən dəymiş zərəri ödəməyi tələb edir. İddia əvvəlcə Filadelfiya Dairə Məhkəməsinə təqdim edilib, daha sonra Pensilvaniya Federal Dairə Məhkəməsinə göndərilib.

Ekspertlərin rəyinə görə, ABŞ sakini planşetdən təlimata uyğun istifadə edib. O, qurğunu modifikasiya etməyib və onun korpus və akkumulyatorunu zədələməyib.