Türkiyədən qanunsuz yollarla Yunanıstana qaçmağa çalışan 1 nəfər saxlanılıb.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi sosial şəbəkə hesabından məlumat yayıb.
Bildirilib ki, Yunanıstanla həmsərhəd olan Edirne bölgəsinin Meriç ilçəsində qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən şəxs saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs PKK terror təşkilatının üzvüdür. Hazırda tədbirlər davam etdirilir.
Yasa dışı yollarla ülkemizden Yunanistan’a geçmeye çalışan 1 şahıs hudut birliklerimiz tarafından yakalandı. Meriç İlçe Jandarma Karakoluna teslim edilen şahsın terör örgütü PKK mensubu olduğu belirlendi. pic.twitter.com/mwQxyMgzEr
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) April 5, 2021