Yeni Zelandiyada zəlzələ hadisəsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Şimal adasında yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 5.8 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 30 kilometr dərinliyində yerləşib. İtki və dağıntılarla bağlı məlumat verilməyib.