Ermənistanın baş naziri Nikol Paşinyan ay sonuna qədər istefa verəcək.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim "Mənim addımım" blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts məlumat verib.

Qeyd edək ki, daha öncə Ermənistan baş naziri apreldə istefa verəcəyini açıqlamışdı.