Keçmiş ABŞ Prezidenti Donald Tramp "McDonald's"a olan borcunu hələ də ödəməyib. 

Unikal.org xəbər verir ki, bu barədə Trampın keçmiş mühafizəçisi  məlumat paylaşıb.  Belə ki, keçmiş prezident Universitetlərarası Futbol Çempionatının qaliblərini qəbul edərkən, qonaqlara  3 min dollar dəyərində fast food təklif edib. 

Tramp bütün  "pizza, hamburger, fransız kartofu" və digər fast food  xərcləri ödəyəcəyini  desə də  öhdəliyini yerinə yetirməyib.