İordaniya kralının şahzadəsi Həmzə Bin Əl-Hüseyn səs yazısı yayılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün öncə ev dustaqlığına məhkum olunan şahzadə keçmiş taxt varisidir.

Şahzadənin səs yazısında onun ev dustaqlığı ilə bağlı qərara etiraz etdiyi və qərardan irəli gələn göstəriş və əmrlərə itaət etməyəcəyi barədə sözləri yer alıb. Yayılan səs yazısı İordaniyada siyasi qalmaqala səbəb olub.

Qeyd edək ki, şahzadənin ev dustaqlığı barədə hökm çevriliş cəhdləri ilə əlaqələndirilirdi.