Serbiya hökuməti 7 milyon əhalisi üçün 15 milyon doza alıb,  ancaq vətəndaşlar peyvəndlənməkdən yayınırlar.

Unikal.org xəbər verir ki, bununla bağlı olaraq ölkə rəhəbri  Aleksandar Vuçiç vətəndaşlara müraciət edib. 

 "Sizdən xahiş edirəm, peyvənd vurdurun. Bizdə peyvənd var. Allah xatirinə xahiş edirəm gəlib peyvəndinizi alasınız",- deyə o, hisslərini bölüşüb.