ABŞ-ın keçmiş prezidenti Donald Tramp və tərəfdarları Coca-Cola məhsullarını boykot etdiklərini açıqlayıblar.

Unikal.org xəbər verir ki, buna səbəb şirkətin rəhbəri Ceyms Kuinsinin Corciya ştatının Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi qanunverici orqanının seçki qanunlarını dəyişdirmək qərarını pisləməsi olub.

Donald Tramp aprel ayının əvvəlində dəyişikliklərə qarşı çıxan şirkət və təşkilatları boykot etməyə çağırıb. Xüsusilə o, Beysbol Liqası, "Delta Air" və Coca-Cola şirkətindən bəhs edib.

Trampın şirkəti boykot etmək çağırışı sosial medianı bürüyüb. Coca-Cola əvəzinə etiraz olaraq Pepsi təklif olunur.