Gürcüstanda “AstraZeneca” vaksini yaşı 55-dən yuxarı olan şəxslərə vurulacaq.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə “AstraZeneca” preparatları ilə peyvənd proqramının genişləndirilməsi və bu vaksinlərin digər yaş qruplarında tətbiqi planlaşdırılmır.

“Mütəxəssislər Şurası Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları ilə birlikdə məsələni müzakirə etdi. Yalnız 55 yaşdan yuxarı insanların “AstraZeneca” ilə peyvəndə davam etmələri tövsiyə olundu", - deyə nazir müavini qeyd edib.