Aprelin 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji münasibətlər dərin tarixi köklərə və qardaşlıq ənənələrinə söykənir.
Spiker Sahibə Qafarova Türkiyə-Azərbaycan əlaqələrinin bu gün ən yüksək zirvədə olduğunu söyləyib. Qeyd edilib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Sədr Azərbaycanla Türkiyənin təşəbbüskarı və iştirakçısı olduğu layihələrin əhəmiyyətindən danışaraq, bu layihələrin iki qardaş ölkənin inkişafına mühüm töhfələr verdiyini, regionda sabitlik və əməkdaşlığın genişlənməsində vacib rol oynadığını deyib.
Sahibə Qafarova ölkələrimizin parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərdiyini söyləyib. Bildirilib ki, deputatlarımızın müxtəlif nüfuzlu beynəlxalq platformalarda görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli münasibətlərin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diplomatik korpusların rəhbərlərinin üzərinə böyük məsuliyyət düşdüyünü bildirən Milli Məclisin Sədri səfir Erkan Özoralın ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə əlaqələrimizin daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.
Söhbətdə Erkan Özoral Azərbaycanda çox tarixi bir dövrdə səfir kimi fəaliyyət göstərməsindən böyük şərəf duyduğunu qeyd edib. Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayan səfir bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
![Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb](/photos/unikal/1617942538.modern.az-08.04.2021-1617891876 (1).jpeg)
21:26 08-04-2021
SİYASƏT
Digər Xəbərlər
2024-08-08 15:37:03
![İlham Əliyev Qazaxıstanda- FOTOLAR İlham Əliyev Qazaxıstanda- FOTOLAR](/photos/unikal/1723117499.4592434a-c07a-3549-ad3c-d82f08829c8b_850.jpg)
2024-08-07 22:19:29
![Ermənistan Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarıldığınıtəsdiqlədi Ermənistan Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarıldığınıtəsdiqlədi](/photos/unikal/1723055264.170747813045073700165c60c72bdf07.png)
2024-08-07 20:06:16
![Prezidentdən İsmayıl Berdiyevin vəfatı ilə bağlıBAŞSAĞLIĞI Prezidentdən İsmayıl Berdiyevin vəfatı ilə bağlıBAŞSAĞLIĞI](/photos/unikal/1723046887.409bcfa8-01fe-39b3-b0dd-e1454def929c_850.jpg)
2024-08-07 15:05:15
![Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşdü Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşdü](/photos/unikal/1723029068_Screenshot 2024-08-07 151033.png)
2024-08-07 13:35:21
![Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradıldı- SƏRƏNCAM Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradıldı- SƏRƏNCAM](/photos/unikal/1708605353.1693301141.1661514191_ilham.jpg)
2024-08-06 20:02:12
![Şoyqu Heydər Əliyevin məzarını ziyarət etdi- VİDEO Şoyqu Heydər Əliyevin məzarını ziyarət etdi- VİDEO](/photos/unikal/1722960675.WhatsApp Image 2024-08-06 at 20.10.39.jpeg)
2024-08-06 19:01:50
![Usubov Şoyqu ilə regionda təhlükəsizlik məsələlərini müzakirəETDİ Usubov Şoyqu ilə regionda təhlükəsizlik məsələlərini müzakirəETDİ](/photos/unikal/1722956590.c3037b28-c14e-39d6-8c93-f53a768b8a2c_850.jpg)
2024-08-06 12:39:48
![Əli Əhmədov vəzifəsinin icrasınıdayandırır Əli Əhmədov vəzifəsinin icrasınıdayandırır](/photos/unikal/1722933617.eli-ehmedov-1.jpg)
2024-08-05 20:52:37
!["Fransa əsl simasını nümayiş etdirdi"- İlham Əliyev "Fransa əsl simasını nümayiş etdirdi"- İlham Əliyev](/photos/unikal/1722877016.1722859252172138055_1200x630.jpg)
2024-08-05 19:27:05
![Rəsmi Bakıdan Toivo Klaarın iddialarınaCAVAB Rəsmi Bakıdan Toivo Klaarın iddialarınaCAVAB](/photos/unikal/1722871775.trend_xin_2024_1.jpg)
2024-08-05 19:12:49
![Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi -YENİLƏNİB (FOTOLAR) Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi -YENİLƏNİB (FOTOLAR)](/photos/unikal/1722868924.172285925223911046_1200x630.jpg)
2024-08-05 17:16:03
![XİN vətəndaşları İsrailə səfər etməməyəçağırdı XİN vətəndaşları İsrailə səfər etməməyəçağırdı](/photos/unikal/1722863826.xin1.png)
2024-08-05 16:55:57
!["Fələstinə səfər etməyin" -XİN-dən xəbərdarlıq "Fələstinə səfər etməyin" -XİN-dən xəbərdarlıq](/photos/unikal/1722862624.1722602649.1705174884.1675772432.xin.jpg)
2024-08-03 19:49:32
![Naxçıvan Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib Naxçıvan Nazirlər Kabinetində bir sıra aktlar qəbul edilib](/photos/unikal/1722700221.photo_110311.jpg)
2024-08-03 15:37:18
![Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyəçağırdı Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyəçağırdı](/photos/unikal/1722685227.16644282622337641025_1200x630.jpg)
2024-08-02 18:45:27
![Azərbaycan Fransadanüzrxahlıq gözləyir Azərbaycan Fransadanüzrxahlıq gözləyir](/photos/unikal/1702571753_ayxan_hacizade_060223.jpg)
2024-08-02 16:42:41
!["Mina qurbanlarının ümumi sayı 376-ya çatıb" -XİN "Mina qurbanlarının ümumi sayı 376-ya çatıb" -XİN](/photos/unikal/1722602649.1705174884.1675772432.xin.jpg)
2024-08-01 18:42:18
![Ceyhun Bayramov Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətiniqəbul etdi Ceyhun Bayramov Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətiniqəbul etdi](/photos/unikal/1722523441.84882b657cf6cd327300f27e7b3b734f.jpg)
2024-08-01 11:23:01
![İlham Əliyev Viola Amherditəbrik etdi İlham Əliyev Viola Amherditəbrik etdi](/photos/unikal/1618308662.ilham əliyev müsahibə 13102020.jpg)
2024-07-31 21:24:50
![Avropalı diplomat Azərbaycana başsağlığıVERDİ Avropalı diplomat Azərbaycana başsağlığıVERDİ](/photos/unikal/1722446648.1722444503_resize-15 (1).jpeg)