ABŞ-ın Alyaska ştatında 5.7 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 17.10-da qeydə alınan zəlzələnin episentri Kantvell qəsəbəsindən 27 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanın ocağı 77,7 kilometr dərinlikdə olub.
İtkilər və dağıntılar barədə məlumat, eləcə də sunami xəbərdarlığı verilməyib.