Yaponiyanın Küsü adasından cənubda 5,2 maqnitudalı zəlzələ olub.
Bu barədə Unikal.org TASS-a istinadən xəbər verir.
Yeraltı təkanların episentri Tokara adalarının yaxınlığında, ocağı 20 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.