Eldar Əzizov niyə rahat oldu?
12:38 30-01-2013
CƏMİYYƏT
Eldar Əzizov niyə rahat oldu?
Sumqayıtın icra başçısı təcili iclas keçirib
İsmayıllı rayonunda baş verən məlum hadisələrin ardınca Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayon icra hakimiyyəti aparatının məsul işçilərinin, dövlət idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə iclas keçirib. İclasda Əzizov İsmayıllı olaylarına toxunmasa da, onun tədbiri bu məqsədlə təşkil etdiyinə şübhə qalmayıb.
Belə ki, Əzizov rayonun məsul vəzifəli şəxslərinə vətəndaşlarla təmasları artırmağı, onların problemlərinə həssaslıqla yanaşmağı, şikayətlərini dinləyərək yoluna qoymağı tapşırıb. "Gənclik şəhəri"ndəki mənbələrdən "Unikal"a bildirilib ki, Sumqayıtın icra başçısı olduqca sərt tonda danışıb və vətəndaşların narazılığından doğan ən xırda xoşagəlməz hadisə ilə bağlı ciddi ölçülər götürüləcəyini deyib.
Mənbələr bildirirlər ki, Eldar Əzizovun məmurlarına barmaq silkələməsi nə qədər diqqətəlayiq olsa da, bir o qədər də təəccüb doğurur: çünki Sumqayıtda narazılıqların bir çoxu (məsələn, sahibkarların incidilməsi, yeni iş yerlərinin yaradılması istiqamətində durğunluq və s.) birbaşa məhz icra başçısının özü ilə bağlı olan məsələdir. Yəni icra başçısı məmurlarına təpinməkdən əvvəl özü də ondan yaranan narazılıqları həll etməli, Sumqayıtın sosial-iqtisadi inkişafını kağız üzərində təmin etməklə kifayətlənməməlidir.
Azər Aslan
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50