Şəmkirdə ev yanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakininə məxsus ümumi sahəsi 50 kvadratmetr olan 2 otaqlı fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğın zamanı iki otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğın söndürülüb, ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
Tural Əhmədov