Almaniyanın “Bayer” (Leverkuzen) komandası futbolçusu Patrik Şiklə müqavilənin müddətini uzadıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu 2030-cu ilədək Bundesliqa təmsilçisinin formasını geyinəcək.

Çexiya millisinin üzvü 2020-ci ildən “Bayer”də çıxış edir.