Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, fiziki şəxs Abbasov Vüsal Cəlil oğluna məxsus “Səma” kafedə plandankənar yoxlama həyata keçirib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib.
Müəssisədə çalışan işçilərin gigiyena qaydalarına əməl etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.