Xaçmazda park edilən avtomobildən oğurluq edilib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Vahid Xəlilov küçəsində  baş verib.

Belə ki, Xaçmaz şəhər sakini Murad Nurəliyev 50-DJ-209 dövlət nömrə nişanlı “VAZ-2109” markalı avtomobilini yolun kənarında park edərək işlərinin arxasınca gedib. Geri qayıdanda isə nəqliyyat vasitəsinin arxa oturacağında 400 manat civarında olan fotokameranın oğurlandığını görüb.

Fotokamera çantası ilə birlikdə yoxa çıxıb.

 Vətəndaş Murad Nurəliyev güman edir ki, avtomobilin yalnız baqaj hissəsi kilidli olmadığı üçün həmin hissədən salona daxil olaraq kamera çantasını götürüblər. 

Zərərçəkmiş məsələ ilə bağlı ərizə ilə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca