Baş nazir Əli Əsədov “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli 2560 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Baş Prokurorluq, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun, Kəlbəcər Hərbi Prokurorluğunun və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə, həmçinin Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.