Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun növbəti görüşü "Sumqayıt" və "Qəbələ" komandaları arasında keçirilib.

Unikal.org xəbər verir ki,  "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qonaq komanda 38-ci dəqiqədə aparıcı futbolçusu Asif Məmmədovu zədə üzündən itirdikdən sonra çətinliklə üzləşib. "Sumqayıt"ın ardıcıl hücumları ikinci hissədə bəhrəsini verib. 66-cı dəqiqədə Rəhim Sadıxov uzaqdan zərbə ilə gözəl qola imza atıb. 75-ci dəqiqədə isə Əli Qurbani fərqlənərək,çempionatda 7-ci topunu vurub.

Beləliklə, "Sumqayıt" inamlı qələbə ilə xallarını 32-yə çatdırıb və 3-cü pilləyə yüksəlib. 24 xala malik "Qəbələ" isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, XXIII turun açılış oyununda lider "Qarabağ" səfərdə "Səbail"i yenə bilməyib - 1:1. Tura aprelin 17-də keçiriləcək "Keşlə" - "Sabah" və "Neftçi" - "Zirə" görüşləri ilə yekun vurulacaq.