ABŞ-da erməni ruzigarı
11:40 31-01-2013
CƏMİYYƏT
ABŞ-da erməni ruzigarı
Ermənipərəst Con Kerri dövlət katibi oldu
Con Kerri gələn həftədən dövlət katibi vəzifəsinin icrasına başlayacaq. Con Kerrinin fevralın 1-də and içəcəyi gözlənilir. 1 fevral tarixi Hillari Klintonun dövlət katibi postunda son iş günü olacaq. Qeyd edək ki, Senatda keçirilən səsvermədə 94 senator Con Kerrinin dövlət katibi postuna təyin olunmasını dəstəkləyib. Maraqlıdır, Con Kerrinin dövlət katibi seçilməsi Azərbaycana yanaşmada hansı dəyişikliklərə səbəb ola bilər?
Öncəliklə gəlin Con Kerrinin kimliyinə baxaq.O, ABŞ-ın Massaçusetsdən seçilmiş senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sədridir. Con Kerrini Azərbaycan dövləti və xalqıyla bağlayan məsələ isə onun və erməni lobbisinin dəstəyi ilə 907-ci düzəliş irəli sürülməsidir. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına əlavə edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.Bundan başqa Con Kerri erməni lobbisinə dəstək verərək erməni "soyqırım"ının ABŞ senatında qəbuluna çalışan simalardandır. Yəqin ki, qısa olaraq verdiyimiz xarakterdən sonra hadisənin nə yerdə olduğunu təsəvvür etmək çətin deyil. İndi isə gəlin Con Kerrinin bu mövqeyinin xarici siyasətə təsirinə baxaq. İlk olaraq bunu qeyd edək ki, ABŞ-da Dövlət Katibi əsasən prezidentin siyasi kursunu təbliğ edir və müəyyənləşən xarici siyasəti sadəcə olaraq icra edir. Bu baxımdan güman etmək olmaz ki, yeni dövlət katibi müstəqil siyasi xətt yürüdəcək və bununla da Azərbaycan-ABŞ münasibətlərinə bir dəfəlik nöqtə qoyulacaq. Çünki ABŞ-la Azərbaycanın əməkdaşlıq etdiyi konkret sahələr var. Bunlardan birincisi enerji təhlükəsizliyi məsələsidir, ikincisi isə antiterror kompaniyasında əməkdaşlıqdır ki, bunu da Əfqanıstanın timsalında yaşamaqdayıq. Bu iki məsələyə gəldikdə isə Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir və üzümüzə gələn il bu əməkdaşlıq daha da dərinləşəcək. Belə ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bəyan etdi ki, Azərbaycan Əfqanıstanda əməliyyatlara daha yaxından dəstək verməyi düşünür və bu il bu reallaşacaq. Digər tərəfdən isə qərbin enerji təhlükəsizliyi məsələsində də Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməklə yanaşı həmdə əlavə addımlar atıb.Belə ki,TANAP layihəsinin reallaşmasına yaşıl işıq yandırmaqla mövqeyini bir azda qətiləşdirdi.Məhz proseslərin bu zamanında ABŞ Con Kerriyə görə Azərbaycana yanaşmasında dəyişiklik etməyəcək. Amma bəzi müşahidəçilər hesab edir ki, Con Kerri müəyyən məsələlərdə problemlər yarada biləcək. Bunlar nədən ibarətdir?
1. Məlum olduğu kimi ABŞ-da hazırda belə bir fikir var ki, Azərbaycana qarşı 1992-ci ildə qəbul olunmuş 907-ci düzəliş artıq ləğv edilsin. Amma bu düzəlişin müəllifi olan Con Kerrinin dövlət katibi seçilməsi məsələni donduracaq.Çünki Con Kerri hələ ötən ildə bəyan etmişdi ki, 907-ci düzəliş Dağlıq Qarabağ savaşı sona çatandan sonra ləğv olunmalıdır. Məhz onun bu cür təbliğatından sonra məsələnin müzakirəsi yarımçıq qalmışdı. İndi də eyni proses təkrarlanacaq.
2. Məlum olduğu kimi hər il ABŞ Azərbaycana və Ermənistana yardımlar ayırır və bu yardımların verilməsi sözün həqiqi mənasında problemə çevrilirdi. Belə ki, ABŞ-da fəaliyyət göstərən və Con Kerrinin rəhbəri olduğu erməni lobbisi iddia edirdi ki, Azərbaycana ayrılan yardımlar həddindən artıq çoxdur və son iki il ərzində bu yardımları kifayət qədər azalda biliblər. Hesab edilir ki, Con Kerri dövlət katibi olandan sonra bu məsələyə daha həssas yanaşacaq və hərbi təyinatlı yardımların ümumiyyətlə kəsilməsinə nail olacaq.
3. ABŞ-la Azərbaycan arasında zaman-zaman müəyyən sərinliklər yaradan məsələlərdən biri də demokratik islahatlarla bağlıdır. Hesab etmək olar ki, Con Kerri bu məsələdən məharətlə istifadə edəcək və söz azadlığı, sərbəst toplaşma azadlığı kimi məsələləri xüsusi olaraq qabartmaqla ABŞ-Azərbaycan münasibətlərinə sərinlik gətirməyə çalışacaq. Bunu da unutmayaq ki, Azərbaycanda 2013-cü ildə prezident seçkiləri olacaq.
Beləliklə gördüyünüz kimi ABŞ-da ki, son təyinat Azərbaycan üçün o qədər də ürəkaçan bir təyinat deyil. Bu təyinat qonşu Türkiyədə də birmənalı qarşılanmayıb və əksəriyyət düşünür ki, Con Kerri ABŞ prezidenti Barak Obamanı inandıra biləcək ki, qondarma erməni "soyqırımı"nın 100 illiyində soyqırım-sözünü işlətsin.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44