İngiltərənin "Tottenhem" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.

Unikal.org "The Telegraph"a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Qeyd edək ki, portuqalıiyalı baş məşqçi 2019-cu ildən London klubunda işləyib. "Tottenhem" Premyer Liqada 32 oyundan sonra 5 xalla 7-ci pillədə qərarlaşıb. Onun sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi.