Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı bu gün Bakıya gəlib.
Unikal.org xəbər verir ki, bu barədə diplomat Tvitter hesabında paylaşım edib.
“Bu gün Bakıda gördüyüm ürəklərdən daşan qardaşlıq ruhudur”, - deyə səfir qeyd edib.
Xatırladaq ki, yeni səfir bu vəzifədə diplomatik missiyası başa çatmış Erkan Özoralı əvəz edir. C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.