Aprelin 20-də Hacıqabulda 110/35/10 kilovoltluq "Qarasu" yarımstansiyası istismara verilib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.
***
12:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Hacıqabul rayonuna səfərə gedib.
Unikal.org xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Ölkə başçısı Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib.
Dövlətimizin başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.
***14:17
Aprelin 20-də Hacıqabulda “Azersun Şamaxı Aqropark”ın açılışı olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib.
Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.
*** 11:36
Aprelin 20-də Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.