“Beynəlxalq hüquqa hörməti varsa, ABŞ prezidenti “erməni soyqırımı” deməməlidir”.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Haber-Türk”ə müsahibəsində bildirib.
Nazir deyib ki, ABŞ prezidentinin 24 apreldə hüquqi əsası olmayan “erməni soyqırımı” ifadəsini səsləndirərsə bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər.
“Amma biz cənab Bayden nə deyəcək, əndişəsini də çəkməməliyik, çünki bu tarixi həqiqətləri və erməni iddialarının əsassız olduğunu dəyişmir”, - deyə Çavuşoğlu bildirib.