Çadda 11 aprel prezident seçkilərində 6-cı dəfə qalib gələn İdris Deby İtno öldürülüb.
Unikal.org xəbər verir ki, Çadda separatçılara qarşı əməliyyata qatılan 68 yaşlı prezident sui-qəsdin qurbanı olub. Belə ki, sələhiyyətli şəxslər onun yaralandığını bildirsələr də, prezidentin ölüm xəbərini ölkə mətbuatı təsdiqləyib.
Qeyd edək ki, prezidentin öldürülməsi ilə ölkədə qarşıdurma yaranıb. Çad hökuməti ölkədə 14 günlü komendant saatı tətbiq edib.