İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 20-də keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Forte fashion”, “Tahiroğlu mebel”, “Gilan-Knauf inşaat materialları” mağazalarında, “Bərəkət market”də, “Mini market”də, “Natiq gözəllik salonu”nda, ümumilikdə, 18 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Unikal.org-a Nazirlikdən məlumat verilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.