Amerikanın Rusiyadakı səfiri Con Sallivan Şeremetyevo hava limanından ABŞ-a yola düşüb.
Unikal.org “TASS”a istinadən xəbər verir ki, səfirin olduğu təyyarə öncə Londona, daha sonra ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə uçacaq.
Bildirilib ki, diplomatın səfəri ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparmaqdır.