Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 354 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama yayıb.
Nazir deyib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanıb. Son 24 saatda 54 791 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3 463 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 37 329 nəfər ölüb.
Türkiyədə indiyədək 4 501 382 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 909 935-i müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Türkiyədə "23 Aprel Milli Suverenlik və Uşaq Bayramı" rəsmi tətil olduğu üçün COVID-19-la mübarizə tədbirləri çərçivəsində bu gün saat 19.00-dan başlayaraq 82 saatlıq xüsusi komendant saatı tətbiq olunur.