Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsində mühüm rol oynamış türk PUA-larının yaradıcısı Səlcuq Bayraktar sosial şəbəkələrdə maraqlı paylaşım edib.
Unikal.org xəbər verir ki, “Baykar Savunma” şirkətinin rəhbəri yeni nəsil “Akıncı” PUA-larının ilk atış sınaqlarının uğurla başa çatdığını bildirib.
S.Bayraktar öz kateqoriyasında ən iri olan PUA-nın hədəfi 100% dəqiqliklə vurduğunu bəyan edib. Paylaşımını “Köklərdən göylərə” şüarı ilə bitirən şirkət rəhbəri “yeni əsərinin” bir deyil, ikiqat alqışa layiq olduğunu da qeyd edib.
#AKINCI ilk atış denemesinde
— Selçuk Bayraktar (@Selcuk) April 22, 2021
MAM-T 🚀🚀🚀 👏👏
MAM-L 🚀🚀 👏
MAM-C 🚀 👏 ile
Tam İsabet 🎯
Not:
MAM-T yani ailenin en irisinin ilk atışı 😉
Bu yüzden ona bir değil 2X👏@roketsan @savunmasanayii
Köklerden Göklere...#MilliTeknolojiHamlesi ✈️🐳🚀🌍🇹🇷 pic.twitter.com/rqRRgiZAZ0