Hindistanın Maharaştra ştatında koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində reanimasiyada müalicə alan 13 xəstə ölüb.
Xəstələrin qalan hissəsi yaxınlıqdakı tibb müəssisələrinə köçürülüb.
Yanğın, təxminən iki saata söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.