Ermənistanda son sutkada koronavirusa 715 yoluxma qeydə alınıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 114-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 984 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 192 281 nəfər sağalıb. Hazırda 14 854 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.