Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Arayik Arutyunya və həyat yoldaşı Moskvada səfərdədir.
Unikal.org xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb:
“Dünən biz onun təcili olaraq Moskvaya çağırıldığını yazmışdıq. Arutyunyanın Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir. Rusiya xüsusi xidmət orqanları onun Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və onu "özünə gətirməyə" çalışırlar".
Məlumatda, həmçinin Arutyunyanın Moskvada ev almağa hazırlaşdığı qeyd edilib.