Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səfir üç rusiyalı diplomatın Polşadan çıxarılması ilə bağlı XİN-ə dəvət olunub.
Qeyd edək ki, 15 apreldə Polşa Rusiya səfirliyinin 3 diplomatının "persona non qrata" elan edildiyini bildirib. Buna cavab olaraq Rusiya XİN Moskvadakı 5 Polşa diplomatını ölkədən çıxaracağını deyib.