Ermənistanın əmək və sosial məsələlər üzrə naziri Mesrop Arakelyan aprelin 23-də tutduğu vəzifədən istefa verib.

Unikal.org “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə nazir feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, müharibədən sonra yaranan vəziyyətin çətinliklərini dəf etmək üçün məsuliyyəti üzərinə götürüb. Nazir bildirib ki, hazırda bu istiqamətdə sosial problemlər aradan qaldırılıb.

Məlumata görə, Arakelyan hökumətin bir sıra qərarlarına qarşı çıxıb. O, hətta yeni il tətillərinin yanvarın 2-dək azaldılmasına qarşı çıxmış, bunun iqtisadi baxımdan birmənalı qarşılanmadığını söyləmişdi.