Hazırda Vladimir vilayətində cəzaçəkmə müəssisəsinin xəstəxanasında saxlanılan Rusiya müxalifətinin lideri Aleksey Navalnı aclıq aksiyasını dayandırıb.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı müraciət yayıb.
“Aclıqdan çıxmağa başlayıram”, - müxalifət lideri bildirib.
Qeyd edək ki, A.Navalnı həkimlərin onu müayinə etməsi tələbi ilə martın 31-dən aclığa başlamışdı. Bir müddət əvvəl müalicə həkimləri A.Navalnını aksiyanı dayandırmağa çağırmışdırlar.