Aprelin 22-də Ermənistan Baş prokurorluğunun binası qarşısına keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma ilə əlaqədar cinayət işi başlanıb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
"Cinayət işi açılıb, iş İstintaq Komitəsinə təhvil verilib", - deyəməlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Ermənistan Baş prokurorluğunun binası qarşısına toplaşan nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər. Aksiyada polislə vətəndaşlar arasında qarşıdurma olub.