ABŞ-da son sutka ərzində daha 67 257 nəfər koronavirusa yoluxub, 943 pasiyent dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiyanın başlanğıcından bəri 31,9 milyondan çox yoluxma halı aşkar edilib. Pandemiya qurbanlarının sayı 570 min nəfəri keçib.