Almaniya kansleri Angela Merkel bundestaqın komissiyasında milyardlarla avroluq fırıldaqla bağlı şahid qismində ifadə verib.
Unikal.org xəbər verir ki, məlumatı Almaniyada çıxan “Der Spigel” qəzeti yayıb.
İclasda Angela Merkel bildirib ki, “Wirecard”ın fəaliyyətində ciddi pozuntunu ehtimal etməyə əsası olmayıb. Onun sözlərinə görə, “Wirecard”ın Çin bazarından çıxması Almaniya hökumətinin maraqlarına uyğun olub.
Məlumata görə, 2019-cu ilin sentyabrında Angela Merkel “Wirecard”a Çin bazarından çıxmaq ideyasını irəli sürüb. 2020-ci ilin yayında “Finansial Times”ın jurnalistləri bu bank sisteminin 1,9 milyard avroluq maliyyə fırıldağının üstünü açıb. Bundan sonra “Wirecard”ın başçısı Markus Braun həbs edilib, direktorlar şurasının üzvü Yan Marsalek itkin düşüb. Bir müddət sonra onu Minskdə aşkarlayıblar. Onun Belarus paytaxtından Moskvaya getdiyi bildirilib. Y.Marsalekin orada Rusiya Xarici Kəşfiyyat Xidmətinin nəzarəti altında yaşadığı ehtimal edilir.