Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 343 nəfər pandemiyanın qurbanı olub.

302 min 91 koronavirus testi aparılıb ki, bunun da 49 min 438-i müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 475 olub.

60 min 176 nəfər COVID-19-dan sağalıb, bununla sağalanların ümumi sayı 3 milyon 970 min 111-ə çatıb.