"Bəzi ölkələrin xalqımızın kədərini və əcdadlarımızın müqəddəs xatirəsini gündəlik siyasi məqsədlərə alət etməsi bizi məyus edir".
Unikal.org xəbər verir ki, bunu Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyan 1915-ci il hadisələri ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, türklər və ermənilər arasında sülh və dostluq təşviq edilməlidir.
"Türkiyə və Ermənistan qonşu dövlətlərdir. Ümid edirəm ki, tanrının köməyi ilə türk-erməni münasibətlərində qarşılıqlı hörmətə əsaslanan əlaqələr təmin olunacaq. Türkiyə və Ermənistanın rəsmi qurumları arasında əlaqələrin qurulmasını gözləyirik", - deyə erməni din xadimi söyləyib.
Sahak Maşalyan xarici ölkələrə müraciət edərək 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırıb və bu kimi cəhdləri pisləyib.