Niderland Müdafiə Nazirliyi “F-35” qırıcı təyyarəsinin mühərrikinin gözləniləndən daha tez sıradan çıxması barədə açıqlama verib.
Unikal.org “TRT Haber”ə istinadla xəbər verir ki, Niderlanddakı bütün “F-35”lər araşdırılacaq.
Nazirliyin açıqlamasında qeyd edilir ki, mühərrikin xarab olmasına uçuş-eniş zolağı səthindəki aşınma nəticəsində tozun qalxması səbəb olur:
“F-35”lərin “F-16”lardan daha ağır mühərriki var və qalxış və eniş zamanı uçuş zolağı səthində daha çox aşınmaya səbəb olur”.