Gürcüstanda son sutkada daha 1 250 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 463 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 302 785 yoluxma faktı təsdiqlənib. Yoluxanların 284 749-u sağalıb, 4 007-si isə vəfat edib.
Son 24 saat ərzində 32 minə yaxın test yoxlaması aparılıb.