Türkiyənin Kayseri bölgəsində qəribə  hadisə baş veriib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Volvo" markalı avtomobil sürücünün sükan hakimiyyətini itirməsi səbəbindən yoldan çıxaraq binanın dayanacağına düşüb.

Baş verən qəzada binanın dayanacağına düşən avtomobil dik şəkildə dayanıb. 

Hadisə yerinə polis, səhiyyə işçiləri və xilasetmə qrupları sövq edilib. Qəzada xəsarət olmayıb, lakin dayanacaqdakı iki avtomobilə ziyan dəyib. 

Faktla araşdırma aparılır.