Türkiyənin çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı ilə məşğul olan Rizə bölgəsində işləmək üçün Azərbaycandan da çox sayda insanların getdiyi bildirilib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, koronavirusa görə sərhədd qapılarının bağlanması, hər il Rizəyə gələn Gürcüstan çay əkinçilik işçilərinin olmaması bölgədə qısa müddətlik də olsa qarışıqlığa səbəb olub.
Hazırda əsasən əfqanların çay yığdıqları Rizədə Seneqallı və Özbək çay kənd təsərrüfatı işçiləri ilə yanaşı Azərbaycandan işçilər çoxluq təşkil edir.